İŞİD 130 ailəni girov götürdü

01:05 16-10-2018 34

Suriyada İŞİD terrorçuları 130 ailəni girov götürüblər.

HerGun.Az xəbər verir ki, bunu Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko deyib. 

O bildirib ki, oktyabrın 13-də terrorçular El-Bahra rayonunda qaçqın düşərgəsinə hücum ediblər. Nəticədə 700 nəfər girov götürülüb. 

Girov götürülən insanlar Xacin şəhərinə aparılıb. 

Savçenko həmin insanlardan “canlı sipər” kimi istifadə oluna biləcəyini istisna etməyib.