İki aylıq uşağı bağlı çantada aparan qadın saxlanıldı - VİDEO

04:20 04-09-2020 451

Ukraynanın Kiyev şəhərində bağlı çantada uşaq aparan qadını saxlayıblar.

“Kiev Operativnıy” “Facebook” səhifəsində bununla bağlı video yayımlanıb.

Kadrlardan aydın olur ki, qadın iki aylıq uşağı gödəkcəyə bükərək çantaya qoyub. O, bunda qorxulu heç bir şey olmadığını deyib.

Polis qadını əlindən çantanı alır və uşağı oradan götürərək xidməti maşınına qoyur.

Məlum olub ki, həmin qadın Odessadan gəlib və bundan başqa altı uşağı da var.