“Taxt oyunları”nın yaradıcıları yeni seriala hazırlaşır

07:00 04-09-2020 626

“Taxt oyunları” icraçı prodüsserləri Devid Benioff və D.B.Uays Çinin fantastik “Üç Bədən Problemi” trilogiyası əsasında “Netflix” üçün serial çəkilişlərinə başlayacaqlarını bildiriblər.

Müəllifi Lyu Tsısin olan əsərdə bəşəriyyətin yad planetli sivilizasiya ilə ilk təmasından bəhs edilir.

Senaristlər bu kitabı indiyə qədər oxuduqları ən iddialı elmi fantastika adlandırıblar:

“Hər şey kiçik mavi planetdəki həyatdan başlayır və kainatın uzaq hissələri ilə sona çatır. Həyatımızın növbəti bir neçə ilini bu hekayəni ekrana uyğunlaşdırmaq üçün keçirə bilməyi səbirsizliklə gözləyirik”.

Layihənin digər ssenari müəllifi Alkesandr Vudur.