Ayılar mağazanı “qarət etdi” - VİDEO

08:40 04-09-2020 463

Ayıların ərzaq mağazasını “qarət etdiyi” barədə görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.

Kadrları “Novosti. Kak yest” “Telegram” kanalı yayımlayıb.

Videoda nəhəng heyvanın mağazaya girdiyi əks olunub. Satıcı onu qovmaq istəsə də, sonra geri çəkilib. Vəhşi heyvanın bəzi məhsulları dağıtdığı, şokolad qutusunu açaraq onu yeməyə başladığı görünür.

Sonrakı görüntülər başqa bir supermarketdəndir. Orada vəhşi heyvan rəfdən məhsulu götürür və üzünü alıcılara tərəf çevirir.