Yaponiyada güclü zəlzələ: Yaralıların sayı artdı

11:40 04-09-2020 419

Yaponiyanın mərkəzindəki Fukui prefekturasında 5 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

“Kyodo” agentliyi xəbər verir ki, təbii fəlakət nəticəsində ikisi uşaq olmaqla azı 11 nəfər yaralanıb.

Yerli səlahiyyətlilər bir həftə ərzində Fukuidə yenidən zəlzələ baş verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Daha əvvəl zəlzələnin iki nəfərin ölümünə səbəb olduğu barədə xəbər yayılmışdı.