Kişi hamının gözü qarşısında keçmiş sevgilisini bıçaqladı – ANBAAN VİDEO

20:20 04-09-2020 580

Kişi hamının gözü qarşısında keçmiş sevgilisini bıçaqladı.

“112” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Tatarıstanda baş verib.

Məlumata görə, Sulaymon Kirqizov və Lyudmila Zaboyeva uzun müddət bir yerdə yaşayıblar, ancaq sonra ayrılıblar. Lakin Kirqizov münasibətlərin bitməsi ilə barışa bilməyib. O, mütəmadi olaraq qadının yanına gəlib, barışmaq istəyib. Ancaq L.Zaboyeva razılaşmayıb. Bundan sonra kişi Lyudmilaya cinsi təcavüz edib.

Zərərçəkən hadisə ilə bağlı polisə şikayət verib. Ona qarşı “Təcavüz” maddəsi ilə cinayət işi açılıb. Bu gün o, polisə ifadə verməyə getməli idi. Ancaq bunun əvəzinə, Kirqizov Lyudmilanı izləyib, onun girdiyi mağazaya soxulub və keçmiş sevgilisinə 13 bıçaq zərbəsi vurub.

Xoşbəxtlikdən qadın sağ qalıb.

Kirqizov axtarışa verilib.

(Xəbərdarlıq: Ürəyi zəif olanlar və həssas insanlar videoya baxmasın)