Qonşuları Corc Kluninin əlindən bezar olub - FOTO

05:20 05-09-2020 816

Hollivud aktyoru və “Oskar” mükafatı laureatı Corc Kluninin bir ildən artıqdır ki, Los Ancelesdəki evini rekonstruksiya etdirməsi qonşuları bezdirib.

Bu barədə “The Sun” xəbər yayıb.

Aktyorun qonşuları mütəmadi davam edən səs-küy və çoxsaylı yük maşınlarından şikayət edirlər. Texnika demək olar ki, bütün küçəni tutur və qonşu evlərin yaxınlığında belə park yerləri qalmır.

Sakinlər bildirirlər ki, tikintinin əvvəlində vəziyyət daha bərbad idi. Həmin vaxt əraziyə betonqarışdıran maşınlar da gəlirdi və bərk səs-küy yaranırdı.

İnşaat işlərinin yaxın altı ayda bitməyəcəyi deyilir.

Rekonstruksiya aktyorun həyat yoldaşı və uşaqları ilə birlikdə yaşadığı malikanənin yaxınlığında aparılır.

Beləliklə ərazidə daha bir villa, oyun kompleksi, hovuz və şəxsi funikulyor olacaq.

Məlumata görə, tikinti işləri ümumilikdə bir milyon dollardan (1,7 milyon AZN) artıq vəsaitə başa gələcək.