Balasının öldüyünə inanmayan fil onu oyatmağa çalışdı – FOTO/VİDEO

07:40 05-09-2020 512

Dişi fil maşın tərəfindən vurulan balasını ümidsiz şəkildə oyatmağa çalışır.

“Malay Mail”in məlumatına görə, görüntülər Malayziyanın Cohor ştatındandır.

Kadrları çəkən hadisə şahidinin sözlərinə görə, o, yolun kənarında dayanan fili görüb. Onun nə etdiyinə baxmaq üçün yaxınlaşanda isə ürək dağlayan mənzərə ilə üzləşib: Ana fil balasını silkələyərək oyatmağa çalışıb.