Xallar xərçəng xəstəliyinin yaranması haqqında xəbər verə bilər

12:20 06-09-2020 383

Bədəndəki bəzi xallar xərçəng xəstəliyinin yaranmasını xəbər verə bilər. 

Bu barədə Rusiyanın onkoloq cərrahı Mixail Myasnyankin  "Beşinci kanal"a müsahibəsində danışıb.

O deyib ki, dəridəki xalların dəyişməsi inkişaf edən xərçəng xəstəliyinin əlaməti ola bilər. Həkimə görə, xalın rəngi və ölçüsü də əhəmiyyətli amildir.

Belə ki, beş millimetrdən böyük olan xallar təhlükə qrupuna daxildir. Rəngi tədricən tündləşən xallar da təhlükədən xəbər verir.