Polis restoranda dava edən şəxsləri sakitləşdirmək üçün silahdan istifadə etdi - VİDEO

04:00 07-09-2020 419

İngiltərənin paytaxtı Londonda gecə saatlarında restoranların birində kütləvi dava baş verib. 

“HaberGlobal”ın məlumatına görə, hadisə yerinə polis əməkdaşları çağırılıb. 

Polis sərxoş şəxsləri sakitləşdirmək üçün elektroşok silahından istifadə edib. 

Hadisə nəticəsində bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Həmin hadisənin görüntülərini təqdim edirik: