İki rayonda ziyanvericilərə qarşı mübarizə tədbirlərinə başlanıldı - VİDEO

13:20 07-09-2020 511

Goranboy və Göygöl rayonlarının bəzi meşə ərazilərində palıd və qarağac ağaclarında aşkarlanmış xüsusi təhlükəli ziyanvericilərdən sayılan “Dəyişik İpəksarıyan” kəpənəyinə qarşı Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin mütəxəssisləri tərəfindən mübarizə tədbirlərinə başlanılıb. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb. 

ETSN-nin ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssisi Fərhad Rüstəmov bildirib ki, ziyanverici ilə sirayətlənmiş ümumilikdə 500 hektar ərazidə çiləyici aparatlardan istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib, ziyanvericinin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.