Nurməhəmmədov Sen-Pyerlə döyüşmək üçün şərt qoydu

06:20 08-09-2020 488

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov keçmiş çempion Corc Sen-Pyerlə yalnız yüngül çəki dərəcəsində döyüşməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “İzvestiya” yazıb.

“Necə deyərlər, hinduların problemləri şerifi narahat etmir. Mənə onun neçə kilo olması və neçə yaşda olması vacib deyil. Döyüş ancaq bu çəkidə əhəmiyyətə malikdir. Əgər kəmər döyüşüdürsə, o zaman biz yüngül çəkidə döyüşməliyik. Çünki onun 77 kiloqramda kəməri yoxdur, o, burada keçmiş çempiondur. Əgər bizim döyüşümüz olsa, yüngül çəkidə olmalıdır, çünki mən burada hazırkı çempionam”, - deyə H.Nurməhəmmədov bildirib.