“Terrorçular” məktəbə soxuldu, şagirdin halı pisləşdi - FOTO

01:40 09-09-2020 534

Məktəbdə terrorla mübarizə çərçivəsində keçirilən təlim uğursuzluqla nəticələnib. Belə ki, heç kim beşinci sinif şagirdlərinə bunun məşq olduğunu deməyib. Nəticədə “girov götürülən” şagirdlərdən birinin halı pisləşib.

Bu barədə “İşim pere Podsluşano” “VKontakte” kanalı xəbər yayıb.

Məlumata görə, Rusiyanın Tümen vilayətində dərs zamanı beşinci sinif şagirdlərinin otağına hərbi formalı insanlar girib və “hər kəs yerində otursun, siz girov götürülübsünüz”, - deyiblər.

Bu zaman anadangəlmə ürək problemi olan uşaqlardan birinin halı pisləşib. Nəticədə onu evə aparmalı olublar.

Kanalın məlumatına görə, təlimlərdən sonra bərk qorxan digər şagirdlər məktəbə getməkdən imtina ediblər.

Kanal həmin təlimdən görüntüləri paylaşıb.