Dünyanın ən bahalı futbolçusu koronavirusa yoluxduğu üçün yığmanı tərk etdi

05:00 09-09-2020 468

PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe koronavirusa yoluxub.

Lenta.ru-nun məlumatına görə, bu barədə ölkənin Futbol Federasiyasının saytında məlumat verilib.

Bildirilir ki, futbolçunun Fransa millisinin UEFA Millətlər Liqasında Xorvatiyaya qarşı sentyabrın 8-nə təyin olunmuş oyunu ərəfəsində testdən keçib və cavablar müsbət olub.

Bu səbəbdən hücumçu millini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 21 yaşlı fransalı forvard nüfuzlu transfermarkt.de portalına görə dünyanın ən bahalı futbolçusudur. Mbappenin transfer qiyməti 180 milyon avro olaraq qiymətləndirilir.