Üzərində mobil telefon aşkarlanan şəxs buraxılış imtahanından xaric edilib

15:20 10-09-2020 445

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən IX və XI sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçirilib.

DİM-dən verilən məlumata görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunub. Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.