Məşhur repçini evində ölümlə hədələdi - FOTO/VİDEO

10:20 11-09-2020 600

Məşhur amerikalı repçi Eminem Miçiqandakı evində ölümlə hədələnib.

Bu barədə “Detroit Free Press” xəbər yayıb.

Repçinin sözlərinə görə, səhər yuxudan oyanan otaqda yad adam görüb. Əvvəlcə onu yaxın qohumu ilə dəyişik salıb. Lakin az sonra yanıldığını anlayıb. Onun kim olduğunu və evində nə etdiyini soruşduqda isə, qarşı tərəf cavab olaraq ifaçını öldürməklə hədələyib.

Buna baxmayaraq, musiqiçi ondan qorxmayıb və zorla onu otaqdan çıxararaq mühafizəçilərə təslim edib. Daha sonra polisə zəng edib.

Polis çağırışa gələndə isə kişinin mühafizəçilərlə əlbəyaxa olduğunu görüb. Həmin şəxs həbs olunub.

Məhkəmədə məlum olub ki, “qonaq” kərpiclə pəncərələrdən birindəki şüşəni qıraraq evə girib.

Təqsirləndirilən şəxsin müdafiəsi kişinin ruhi xəstəlikdən əziyyət çəkdiyini iddia edir.

Növbəti məhkəmə iclası sentyabrın 28-də keçiriləcək.