Hoteldə partlayış anı kameralarda – VİDEO

07:00 12-09-2020 454

Çinin Quandun əyalətinin Çjuhay şəhərində hoteldə partlayış olub. İlkin ehtimallara görə, partlayış qaz sızıntısı səbəbindən baş verib.

“Baza” “Telegram” kanalının məlumatına görə, yoldan keçən sakinlərdən biri təsadüfən partlayış anını qeydə alıb.

Son məlumatlara görə, partlayış səbəbindən üç nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.