“Real”ın “Arsenal”la oyunda möhtəşəm “qayıdışı” – VİDEO

07:36 24-07-2019 602

Beynəlxalq çempionlar kuboku davam edir.

HerGun.Az xəbər verir ki, ABŞ-ın Lendover şəhərində “Real” (Madrid) və “Arsenal” (London) üz-üzə gəliblər.

“Topçular” birinci hissədə daha aktiv oyun nümayiş etdirib iki top vurdular: gollar Lakazet və Obameyanqın hesabındadır.

İkinci hissədə madridlilər 3 dəqiqəyə 2 top vuraraq oyuna qayıtdılar. Qolların müəllifləri Beyl və Asensio oldu.

Oyundan sonrakı penaltilərdə Zidanın yetimələri daha uğurlu oldular – 3:2.

Qeyd edək ki, oyun zamanı arbitr T.Ford hər komandadan bir futbolçuya qırmızı vərəqə göstərərək onalrı meydançadan qovub.