Koronavirus pandemiyası yarışların növlərini də dəyişib – VİDEO

03:40 13-09-2020 360

Rusiyanın Tomsk şəhərində qeyri-adi müsabiqə keçirilib. Belə ki, yarış ən sürətli qəbir qazma ilə əlaqədar olub.

“Baza” “Telegram” kanalının məlumata görə, tədbiri Cənazə Xidmətlərinin Vahid Dispetçer Xidməti təşkil edib.  

Onlar bunu yerqazanların səviyyəsini yoxlamaq və xidmətin keyfiyyətini qaldırmaq istəyi ilə izah ediblər.

İştirakçılar göstərilən standarta uyğun – 0,8 metr uzunluğunda və 160 sm dərinlikdə çuxur qazmalı olublar.

Kanalın məlumatına görə, jüri üzvləri çalaya tabut sallamaqla qəbri qiymətləndiriblər.

Qalib Tomsk şəhər sakini olub. O, verilən tapşırığı 52 dəqiqəyə yerinə yetirib.

“İl necə başlayarsa, yarış da o cür davam edər”, - deyə kanal keçirilən müsabiqəyə münasibətini bildirib.