Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu

08:00 13-09-2020 396

Avstraliyada dünyanın nəhəng dəmir mədən şirkəti “Rio Tinto” 46 min illik tarixi olan mağaranı uçurub.

“Haber  Global” məlumat verir ki, şirkətin baş direktoru Jan-Sebastian Jakues və iki yüksək rütbəli şəxs insan qalıqları olan iki tarixi mağaranın səhvən partladılmasından sonra istefa veriblər.

Qədim tarixin məhv edilməsi ilə nəticələnən hadisə may ayında baş verib. Bundan sonra istintaq başlayıb.

Bölgədə təxminən 100 milyon dollar dəyərində 8 milyon ton yüksək keyfiyyətli dəmir filizi olub.

Eyni zamanda, 28 min illik tarixi olan heyvan sümükləri, 4 min il əvvələ aid insan saçından hazırlanan kəmər tapılıb.

Ərazi Avstraliya aborigenlərinin ən qədim məskəni olub.

Şirkət rəhbərlərə beş milyon dollardan çox mükafat ödəməyi kəsib və aborigenlər cəmiyyəti ilə münasibətləri yaxşılaşdırmaq üçün hərəkətə keçib.