Saatlıda evdə yanğın baş verib

17:00 13-09-2020 441

Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 236 kvm olan birmərtəbəli evin yanar konstruksiyaları 156 kvm sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.