İtburnu yığan ana və qızını ildırım vuraraq öldürdü - FOTO

09:00 14-09-2020 329

Türkiyədə ana və qızını ildırım vuraraq öldürüb.

Bu barədə Sondakika.com məlumat yayıb.

Bildirilib ki, hadisə Trabzonda baş verib. Belə ki, itburnu yığmağa gedən 56 yaşlı Mevludə Urhan və qızı 20 yaşlı Buse Nur Urhanı ildırım vurub.

Hadisədən dərhal sonra ətrafdakılar təcili tibbi yardıma xəbər versələr də, onların həyatını xilas etmək mümkün olmayıb.