Alimlər: Nahar etməmək sağlamlığa ziyandır

10:27 24-07-2019 1109

Nahar yeməyi yeməmək insan sağlamlığına ziyan vura bilər.

“RenTV” xəbər verir ki, braziliyalı alimlər günorta vaxtı qida qəbul etməyi tövsiyə edirlər.

Onların fikrincə, nahar etməyən insanda ikinci tip şəkərli diabetin və ürək-damar xəstəliklərinin yaranma riski mövcuddur.

Mütəxəssislər yeniyetmələrə səhərlər qida qəbul etməyi də məsləhət görürlər.

Braziliyalı alimlər hesab edirlər ki, səhər yeməyindən imtina edən gənclər piylənmədən əziyyət çəkə bilərlər.