Messi cərimələndi - DÇ-nin ilk oyunu əldən çıxdı

12:09 24-07-2019 103

Argentina yığması və “Barselona” klubunun hücumçusu Lionel Messi Amerika Kuboku-2019 turnirindəki davranışına görə cəzalandırılıb.

L.Messi bir oyunluq diskvalifikasiya edilib və 1,5 min dollar məbləğində cərimələnib. Beləliklə, o, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin start oyununda oynaya bilməyəcək.

Xatırladaq ki, argentinalı ulduz yarımfinalda Braziliyaya qarşı (0:2) oyundan sonra hakimin işini tənqid etmişdi, üçüncü yer uğrunda keçirilmiş matçda (2:1) isə Çili üzərində qələbənin ardınca mükafatlandırma mərasimində iştirak etməmişdi.

O, Cənubi Amerika Futbol Konfederasiyasındakı korrupsiya barədə sərt formada ifadələr işlətmişdi. L.Messi sonra sözlərinə görə üzr istəmişdi.