72 yaşlı kişi evinə gələn qonaqları baltaladı

08:40 19-09-2020 322

Rusiyanın Penza vilayətinin sakini evinə gələn qonaqları baltalayıb.

Vesti.ru xəbər verir ki, 42 yaşlı kişi 41 yaşlı qadınla 72 yaşlı həmkəndlisinin evinə qonaq gəlib.

İçki məclisindən sonra ev sahibi qonaqları qovmaq istəyib. Lakin qonaq gələn kişi getmək istəməyib.

Ev sahibi balta ilə ona hücum edərək, başına 11, əllərinə isə 9 zərbə endirib. Ağır yaralanan şəxs yerindəcə ölüb. Sonra o, qadının 7 dəfə başına, bir dəfə bədəninə və 3 dəfə əlinə balta ilə zərbələr endirib. Qadın qaçaraq canını qurtara bilib və xəstəxanaya gedib. Ona tibbi yardım göstərilib.

Cinayəti törədən şəxs tutulub. Faktla bağlı araşdırma davam edir.