Britaniyada koronavirus xəbərdarlığı: İkinci dalğa gəlir

08:40 20-09-2020 298

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə koronavirus epidemiyasının ikinci dalğası barədə xəbərdarlıq edib.

BBC məlumat verir ki, o, artıq koronavirusun ikinci dalğasının gəldiyini deyib:

“İndi ikinci dalğa ilə qarşılaşırıq. Bu, tamamilə qaçınılmazdır - bununla qarşılaşacağıq”.

Britaniyalı baş nazir əlavə edib ki, COVID-19 infeksiyasının yeni dalğası Fransa, İspaniya və bütün Avropada başlayıb.

O qeyd edib ki, təlimatlara əməl edərək təhsil müəssisələrini və iqtisadiyyatı qapalı saxlamayacaqlar.

Ümumilikdə Böyük Britaniyada təxminən 386 min koronavirus infeksiyası hadisəsi aşkar edilib, 41,5 mindən çox insan ölüb.