Türk futbolçu Ronaldoya Tatlısəsin mahnısını oxudu - VİDEO

15:36 24-07-2019 1145

“Yuventus” klubunun türkiyəli futbolçusu Merih Demiral komanda yoldaşlarına müğənni İbrahim Tatlısəsin “Haydı söyle” mahnısını oxuyub.

M.Demiral mahnını “Yuventus” oyunçularının qaldığı hoteldə ifa edib. Mahnını dinləyənlər arasında portuqaliyalı ulduz Kriştiano Ronaldo da olub.

Türkiyəli müdafiəçinin ifası komanda yoldaşlarının gülüşünə səbəb olub. Onun “Yuventus” futbolçuları, xüsusilə K.Ronaldo ilə tez dil tapması diqqət çəkib.

Müdafiəçi Leonardo Bonuççi isə türk futbolçunun mahnı oxumasını videoya çəkib. Video sosial şəbəkələrdə paylaşma rekordu vurub.

Qeyd edək ki, M.Demiral İtaliyanın “Sassuolo” klubundan Turin təmsilçisinə 18 milyon avroya transfer edilib.