Salyanda yol qəzası nəticəsində xəsarət alanlar var - FOTO

14:20 20-09-2020 349

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb.

Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.