EYOF-2019: Bir cüdoçumuz qızıl, üçü bürünc medal üçün güləşəcək

15:36 24-07-2019 443

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın bir cüdoçusu finala çıxıb.

HerGun.Az xəbər verir ki, Turan Bayramov (-60 kq) Avstriya, Yunanıstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək qızıl medal uğrunda həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi rusiyalı Rizvan Məhəmmədov olacaq.

Şükran Zamanlı (-55 kq), Gülşən Bəşirova (-44 kq) və Səbinə Əliyeva (-48 kq) isə bürünc medal uğrunda görüşəcək. Onların rəqibləri müvafiq olaraq Vladislav Kolobov (Ukrayna), Yoslin Supusepa (Niderland) və Selin Dyeriks (Belçika) olacaq.

Qeyd edək ki, final görüşləri saat 16:00-dan etibarən start götürəcək.

Səbuhi Musayev