Rövnəq Abdullayev Fəxri xiyabanda - FOTO

18:40 20-09-2020 310

SOCAR prezidenti Rövnəq Abdullayev 20 sentyabr – Neftçilər Günü münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, gül dəstələri düzüb.

Yeniavaz xəbər verir ki, R.Abdullayev daha sonra görkəmli neftçilər Süleyman Vəzirov və Neftçi Qurbanın (Qurban Abbasov) məzarlarını da ziyarət edib.