Trampı zəhərləməyə cəhd edən şəxs Kanadaya qaçarkən tutuldu

10:40 21-09-2020 390

ABŞ Prezidenti Donald Trampa zəhərli risin maddəsi olan bağlamanı göndərən qadın olub.

Bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polislər silahlı qadını Nyu-York ştatında saxlayıblar. Tezliklə onun barəsində ittiham irəli sürüləcək.

Adı açıqlanmayan qadının ABŞ-ın gömrük və sərhəd xidmətlərinin əməkdaşları tərəfindən “Sülh körpüsü” keçid məntəqəsində saxlanıldığı bildirilir.

Ağ Evə zəhərli risin maddəsi göndərən qadın ABŞ-dan Kanadaya keçmək istəyib.