Bakıda qandonduran cinayətin yeni təfərrüatları məlum oldu - YENİLƏNİB + FOTO

19:40 24-09-2020 600

Bakıdakı dəhşətli cinayətin daha bir neçə detalı məlum olub.

HerGun.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 27-ci bina, altıncı blok, səkkizinci mərtəbədə baş verən cinayəti Samir adlı şəxsin törətdiyi ehtimal edilir.

Onun öldürdüyü şəxslər – nənəsi 1932-ci il təvəllüdlü Cavadova Simuzər Mirhüseyn qızı və 1959-cu il təvəllüdlü Cavadova Tamilla Cəfər qızıdır. 

Cinayətkar qazı açaraq hadisə yerindən qaçıb. Ehtimal edilir ki, o bununla həmin şəxslərin qaz boğulmasından ölməsinə hesablanmış addım atmaq istəyib. Qatil qaçarkən kameralarda iz azdırmaq üçün libasını dəyişib. 

Qonşular qaz iyini təxminən saat 14:00-da hiss edib. Cinayətin isə təxminən saat 12:00 radələrində baş verdiyi ehtimal olunur. 

Hazırda şübhəli şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

Səbuhi Musayev

18:03

Bakıda törədilən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. 

Baku TV xəbər verir ki, qətli törədən şəxsin adı Samir olub. Anası dünyasını dəyişdikdən sonra o, bibisinin evində yaşamağa başlayıb. 

İlkin məlumata görə, ailədaxili münaqişə zəminində isə Samir adlı şəxs nənəsi və bibisini qətlə yetirib. 

Hər iki şəxs aldıqları ağır xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Daha sonra şübhəli şəxs paltarlarını dəyişərək evdən qaçıb.

Əraziyə Suraxanı Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Şübhəli şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Tamilla Cavadova uzun müddət 282 saylı tam orta məktəbdə rus dili fənni üzrə müəllim işləyib.

Kamil Əmirli