Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi məlum oldu

01:00 25-09-2020 439

“Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. 

Bu, Polşa “Legiya”sıdır. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovo "Drita"sını üstələyib - 2:0. 

 “Legiya” (Polşa) - “Drita” (Kosovo) - 2:0
Qollar: Pavel Vşolek 24, Tomaş Pekhart, 43

Qeyd edək ki, Ağdam klubu “Legiya” ilə səfərdə qarşılaşacaq. Oyun oktyabrın 1-də keçiriləcək.