Çimərlik geyimində olan 51 yaşlı modelin bədən quruluşu pərəstişkarları təəccübləndirdi - FOTO

05:00 25-09-2020 472

Danimarkalı supermodel Helena Kristensen çimərlik geyimində çəkdirdiyi fotoda mütənasib bədən quruluşu ilə pərəstişkarlarını təəccübləndirib.

Lenta.ru-nun məlumatına görə, görüntülər onun “Instagram” hesabında paylaşılıb. Fotoların altından o, təbiətə və heyvanlara qayğı ilə yanaşmağa çağırıb.

Şəkillər altındakı şərhlərdə pərəstişkarları Kristensenin gənc qalmasını xüsusi qeyd ediblər. “Çox əla görünürsən”, “Bu fotoşəkillərin 90-cı illərdə, yoxsa bu gün çəkildiyini belə deyə bilmərəm! Zamanın xaricində yaşayırsan”, “İlahə”, “Dünyanın ən gözəl qadını!”, “Fitnes və pəhrizlə bağlı bir tövsiyəniz varmı?”, “Bədəniniz gözəldir”, - izləyiciləri yazaraq heyranlıqlarını bildiriblər.