Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
17:40 25-09-2020 414
Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub.
Bunu HerGun.Az-a ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.
O qeyd edib ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.
Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.
İlhamə Əbülfət