EYOF 2019: Basketbol millimiz yarışı qələbə ilə başa vurdu - FOTO/VİDEO

22:54 24-07-2019 13

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarında qrup mərhələsinə yekun vurulub.

HerGun.Az xəbər verir ki, əvvəlki iki görüşdə uduzmuş Azərbaycanın oğlanlardan ibarət millisi formal xarakter daşıyan görüşdə Xorvatiya ilə qarşılaşıb.

Dramatik məcrada keçən görüşün əsas vaxtı 54:54 hesabı ilə başa çatıb. Əlavə beş dəqiqədə isə yalnız millimiz fərqlənib.

Nəticədə millimiz 58:54 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu qrupdan Serbiya altı xalla lider, Fransa beş xalla qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb. Azərbaycan dörd xalla III, Xorvatiya üç xalla sonuncu olub.

Səbuhi Musayev