Zavod şərab “selinə” qərq oldu – VİDEO

08:40 27-09-2020 455

İspaniyada zavodda şərab sızıntısı baş verib.

“LAD Bible” bununla bağlı kadrları yayımlayıb.

Videoda 50 min litr alkoqollu içkinin zədələnmiş metal çənlərdən müəssisəyə axdığı görünür.

Zərərçəkənlər barədə məlumat verilmir.