“Twitter” Macarıstan hökumətinin hesabını bloklayıb

08:40 01-10-2020 422

“Twitter” soslai şəbəkəsi Macarıstan hökumətinin səhifəsini bağlayıb.

“Qazeta.ru”nun yazdığına görə, bu barədə Macarıstan hökumətinin rəsmi nümayəndəsi Zoltan Kovaç məlumat verib. 

Onun sözlərinə görə, Macarıstan hökumətinin rəsmi hesabının fəaliyyəti heç bir xəbərdarlıq olunmadan və səbəbləri açıqlanmadan dayandırılıb. 

Kovaç “Twitter”də yazıb: “Yeni qəribə dünyaya qədəm qoymuşuq. Burada texnologiya nəhəngləri başqa cür düşünənləri susmağa vadar edir”.

O əlavə edib ki, Macarıstan sosial şəbəkədən rəsmi izahat gözləyir.