Pentaqon Sovet silahlarının maketini alacaq

12:20 01-10-2020 318

Pentaqon “Fort Benning” hərbi bazası üçün sovet silahlarından bir partiya maket (mulyaj) satın almağa qərar verib.

Mk.ru xəbər verir ki, təklif maliyyə cəhətdən təmin olunmasa da, Pentaqondan pulu tapacaqlarına söz veriblər.

Pentaqonun xüsusilə qumbaraatanlar, Kalaşnikov avtomatları və pulemyotları və Draqunov snayper tüfənginin maketləri ilə maraqlandığı bildirilir.

Qeyd olunub ki, hərbçilər onların köməyilə düşmən silahlarının istifadəsi üzrə təlim alacaqlar.