Böyük Britaniya düşmənlərinə qarşı “siyasi müharibə” planını açıqladı

04:40 02-10-2020 355

Böyük Britaniya ordusunun Baş Qərargah rəisi Nik Karter krallığın guya “avtoritar müxaliflərinə” qarşı “siyasi müharibə” planını açıqlayıb. 

“RİA Novosti” bu barədə xəbər verir.

Onun sözlərinə görə, bu ölkələr strateji kontekstdə “sülh və müharibə arasında hər hansı bir fərqlə məhdudlaşmayan” qeyri-hərbi və hərbi alətlərin istifadə olunduğu davamlı mübarizəni görürlər.

Eyni zamanda, N. Karterin də qeyd etdiyi kimi, belə rejimlər kinetik deyil, birbaşa siyasi olan, daha da möhkəmlənmiş münaqişə formasına cəlb olunduqlarına əmindirlər. Onların fəaliyyəti birliyi, iqtisadiyyatı, siyasi və sosial sabitliyi pozmağa və dünyanın ən vacib bölgələrində strateji üstünlük üçün mübarizə aparmağa yönəlib.

Britaniyalının fikrincə, bu cür metodlardan Rusiya, Çin, Koreya Xalq Demokratik Respublikası və İran istifadə edir. O, son bir neçə ildə bu ölkələrin guya aktiv olaraq kiber və informasiya hücumlarına əl atdıqlarını söyləyib.

Nik Karter bəyanatında Britaniyanın “avtoritar müxalifləri” özündə cəmləşdirmək üçün fikirlərini kökündən dəyişdirməli olduğunu vurğulayıb. Bu məqsədlə, digər məsələlər arasında, rəqiblərin hədəflərinə çatmalarının qarşısını almaq üçün “müharibə astanasında” mübarizə aparmağın vacibliyini bildirən konsepsiyanı təqdim edib.

O, həmçinin fəaliyyət istiqamətinin sənaye platforması çağından sistemlərin informasiya əsrinə keçidinin müəyyənləşdirməyin lazım olduğuna əminliyini də ifadə edib.