Rusiyada bələdiyyə seçkilərində qalib gələn xadimə vəzifəsinə başlayıb

05:40 02-10-2020 335

Rusiyanın Kostroma vilayətində seçkilərdə qələbə qazanan xadimə vəzifəsinin icrasına başlayıb.

TASS xəbər verir ki, 35 yaşlı Marina Udqodskaya Povalixino kənd bələdiyə seçkilərində qalib gəlib.

O, “Sosial Ədalət Üçün Təqaüdçülər Partiyası”ndan namizədliyini verib və 61,7% səs çoxluğu ilə seçkilərdə qələbə qazanıb.

Udqodskaya Meşə sənayesi ixtisası üzrə təhsil alıb. Əvvəllər yerli inzibati binada təmizlik işçisi işləyib.

Yeni qəsəbə rəhbəri bələdiyyə idarəetməsi üzrə təlim kursu keçəcək.