Hərbi Prokurorluğun rəhbərliyi MiQ-29-un qəzaya uğradığı yerə getdi

11:36 25-07-2019 1300

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb. 

Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı qurumun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.

Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də, digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.

Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.