İrland futbolçunun “Qarabağ”la oyunda qabırğası sınıb?

11:45 25-07-2019 619

İrlandiyanın “Dandolk” klubunun futbolçusu Robi Benson ciddi zədə alıb.

HerGun.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk qarşılaşmada (1:1) zədələnib və onun həftəsonu İrlandiya çempionatındakı matçda, eləcə də Bakıdakı cavab oyununda iştirakı sual altına düşüb. 

27-ci dəqiqədə əvəzlənmiş futbolçunun son durumuna isə bu gün aydınlıq gələcək.

Baş məşqçi Vini Pert bildirib ki, Robi bu səhər rentgendən keçəcək:

“Onun qabırğası sına və ya əzilə bilər. Necə olacağını rentgendən sonra biləcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 31-də “Dalğa Arena”da keçiriləcək.

Səbuhi Musayev