Finlandiyanın Baş naziri koronavirusa yoluxma şübhəsi ilə Aİ sammitini tərk edib

00:40 17-10-2020 399

Finlandiyanın Baş naziri Sanna Marin koronavirus infeksiyası şübhəsi ilə Avropa İttifaqı sammitini tərk edib.

Bu barədə “İnterfaks” Finlandiya hökumətinin açıqlamasına istinadla xəbər verib.

“Baş nazir bu gün Avropa İttifaqını tərk etdi və İsveç Baş naziri Stefan Lövendən yekun görüş zamanı Finlandiyanı təmsil etməsini xahiş etdi”, - deyə açıqlamada bildirilib.

Məlumata görə, Sanna Marin bir neçə gün öncə ölkə parlamentinin deputatı ilə görüşmüşdü. Həmin parlamentarinin koronavirus testinin cavabı müsbət çıxıb.