Nyu-Yorkda “Qarabağ Azərbaycandır” - FOTO

02:20 20-10-2020 411

ABŞ-ın Nyu-York şəhərində “Qarabağ Azərbaycandır” aksiyası baş tutub.

Aksiya iştirakçıları Azərbaycan bayraqları və üzərində Ermənistanın dinc sakinləri, xüsusilə uşaqları öldürməsinə, Gəncəni və digər yaşayış məntəqələrimizi atəşə tutmasına etiraz şüarları yazılmış plakatlar qaldırıblar. 

Daha sonra aksiya iştirakçıları üzərilərində Azərbaycan bayraqları olan avtomobillərlə Nyu-York küçələrində yürüş keçiriblər.