ABŞ-da polis əməkdaşını yandırmaq istədilər – VİDEO

07:20 20-10-2020 558

ABŞ-ın Sietl şəhərində polis əməkdaşına hücum olub.

Bu barədə REN TV məlumat yayıb.

Yerli sakinlər polisə əlində məşəllə gəzən kimliyi məlum olmayan şəxs barədə məlumat veriblər. Patrul maşını onun axtarışı üçün əraziyə yollanıb. Polis sözügedən şəxsə yaxınlaşmaq istəyərkən, o, əlindəki məşəllə hüquq-mühafizə orqanlarının əməkdaşına hücum edib.

Bu zaman polis atəş açıb və şübhəli hadisə yerindən qaçıb.