Çoban atdan yıxılıb öldü

01:27 26-07-2019 576

İmişlidə 60 yaşlı çoban atdan yıxılaraq ölüb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişlidəki yataqların birində olub.

Yataqda çoban işləyən Cəbrayıl rayon sakini, 1959-cu il təvəllüdlü Əliyev Loğman Nəsib oğlu atdan yıxılaraq ağır xəsarətlər alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.