“Qarabağ” Avroliqada yeni mövsümə İsraildə start verir – AFİŞA

08:20 22-10-2020 351

Bu gün UEFA Avropa Liqasında mövsümə start veriləcək.

Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə başlayacaq.

HerGun.Az xəbər verir ki, Ağdam təmsilçisi bu gün yer aldığı İ qrupunda ilk oyununa çıxacaq.

Qurban Qurbanovun yetirmələri yarışa İsraildə başlayacaq. Ağdamlılar Təl-Əvivdə “Makkabi” ilə üz-üzə gələcək.

Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda isə 7-ci dəfə qrupda yarışacaq təmsilçimiz uğurlu başlanğıc etməyə ümid edir.

Qrup səddini aşmağı hədəfləyən “Qarabağ” səfərdə qalib gəlməyə çalışacaq.

Avropa Liqası

Qrup mərhələsi

I tur, İ qrupu

22 oktyabr

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Con Biton (Şotlandiya)

Təl-Əviv. “Blumfeld” stadionu