20 yaşlı braziliyalı Çempionlar Liqasının rekordunu yeniləyib

15:20 22-10-2020 354

Madridin “Real” klubunun gənc futbolçusu Vinisius Junior Çempionlar Liqasının rekordunu yeniləyib.

“Opta Sport” xəbər verir ki,  20 yaşlı braziliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”a qarşı oyunun 59-cu dəqiqəsində meydana daxil olduqdan cəmi 15 saniyə sonra rəqib qapısına yol tapıb.

Qeyd edək ki, oyun qonaq komanda “Real”ın 2:3 hesabı ilə qələbəsi ilə yekunlaşıb.