Ed Şiran ondan şikayət edən qonşularının evini aldı

05:00 26-07-2019 955

Bir neçə il əvvəl Ed Şiran İngiltərənin şərqindəki Suffolk qraflığında mülk alıb.

Burada onun verdiyi səs-küylü qonaqlıqlar qonşuların narazılığına səbəb olub. Yüksək musiqi səsindən vezən qonşuların polisə xəbər verirlər.

Ed isə vaxtının əsas hissəsini Londonda 19.8 milyon funt dəyəri olan villada keçirir. Dünən isə məlum olub ki, müğənni daşınmaz əmlak sayını artırmaq üçün qonşuluqda boşalan iki evi də alıb.

O, evlərin başqa insanlar tərəfindən alınmasından əvvəl mülkləri əldə edib ki, qonşusu olmasın. Əvvəlki mübahisələri nəzərə alan Şiran Nottinq-Xilldəki restoranın üstündəki mənzili də alıb.

Hazırda edin Böyük Britaniyada 22 müxtəlif daşınmaz əmlakı var.

Evlərin ümumi dəyəri 47 milyon funt sterlinqdir.